...

Milli Elmlər Akademiyasında müşavir vəzifəsi təsis edilib

Siyasət Materials 18 Aprel 2007 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev "Milli Elmlər Akademiyasının müşaviri vəzifəsinin təsis edilməsi haqqında" sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.

Sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının təklifi nəzərə alınaraq, Azərbaycanın nüfuzlu elmi məktəblərinin qorunub saxlanılması və elmi kadrların yetişdirilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə verilib. Sərəncama əsasən, müşavirlərin yuxarı say həddi 10 nəfərdən çox olmayacaq, aylıq vəzifə maaşları isə 600 manat olacaq.

Xəbər lenti

Xəbər lenti