...

Azərbaycanın Bərdə rayonunda məcburi köçkünlər aksiya keçiriblər

Siyasət Materials 19 Aprel 2007 17:25 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Elektrik enerjisində yaranan fasilələrə görə bu gün Bərdə rayonunda müvvəqəti məskunlaşan Xocalı rayon məcburi köçkünləri aksiya keçiriblər. Aksiyada iştirak edən 100-ə yaxın məcburi köçkün elektrik enerjisi olmadığı üçün içməli suda da problemlərin yarandığını bildiriblər. Məcbur köçkünlər aksiyada onu da səsləndiriblər ki, Bərdə rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, köçkünlərin problemlərini həll etmək üçün müəyyən işlər aparılır. Son bir həftə ərzində elektrik transformatorunda bərpa işləri aparılıb, bir həftə ərzində onlar elektrik enerjisi ilə təmin olunacaq.

Aksiya bir saata yaxın davam edib.

Xəbər lenti

Xəbər lenti