...

Azərbaycanın Qazax rayonunda baş vermiş insident əsgərlərlə Türkiyə vətəndaşları arasında yaranıb

Siyasət Materials 27 Aprel 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Qazax rayonu "Şıxlı" Sərhəd Nəzarət Məntəqəsində Dövlət Sərhəd Xidmətinin əsgərləri ilə Türkiyə vətəndaşları arasında baş vermiş insidentlə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən cümə günü verilən məlumata görə, dünən saat 13.30 radələrində əsgərlər ilə yaranmış mübahisə zamanı Türkiyə vətəndaşları Üzeyir Gezer və Kemal Özdəmir idarə etdikləri "Ford" və "Tofaş" markalı avtomaşınlarla şlaqbaumu sındırıblar. Baş vermiş münaqişə zamanı əsgərlərdən Zakir Hüseynov, Elmir Rüstəmov və Elnur Əliyev, Türkiyə vətəndaşları Orbay İrfan və Orbay Canan xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Qazax rayon prokuroru Sərdar İmanov Trend ə cümə axşamı bildirib ki, Respublikada qanunsuz yaşayan 40-a yaxın miqrant sərhəddən çıxarılarkən sərhədçilərlə aralarında mübahisə düşüb. İnsident zamanı miqrantlar Sərhəd Qoşunlarının 3 əsgərinə bıçaqla xəsarət yetiriblər. Hazırda hər üç əsgər Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, səhhətləri ilə bağlı ciddi təhlükə yoxdur. Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti