...

Müsavat funksioneri: "Müsavat Partiyası seçki komissiyalarının işində iştirak etməməklə bağlı qərarını dəyişmək niyyətində deyil"

Siyasət Materials 29 May 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Müsavat Partiyası seçki komissiyalarının işində iştirak etməməklə bağlı qərarını dəyişmək niyyətində deyil. Bu barədə çərşənbə axşamı Bakıda Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

O qeyd edib ki, Müsavat Partiyası seçki komissiyalarının iqtidar və müxalifət təmsilçilərinin iştirakı ilə paritet əsaslarla formalaşdırılmasını istəyir: "Seçki komissiyaları paritet əsaslarla formalaşdırılmayana qədər Müsavat Partiyası mövqeyini dəyişməyəcək".

Hacılı deyib ki, təmsil etdiyi partiya seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasını nəzərdə tutan təkliflərinin beynəxalq təşkilatlara da təqdim edib.

Mayın 30-da Strasburqda Azərbaycanın seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə Azərbaycan hökuməti arasında növbəti danışıqlar keçiriləcək. Danışıqlarda seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması məsələsi də müzakirə olunur.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, Azərbaycanın seçki komissiyaları Milli Məclisdə təmsil olunan iqtidar və müxalifət partiyaları, eləcədə bitərəf deputatların nümayəndələrindən formalaşdırılır. Parlamentdə beş deputatla təmsil olunan Müsavat Partiyası öz nümayəndələrini seçki komissiyalarına göndərməkdən imtina edir.

Xəbər lenti

Xəbər lenti