...

Tərtər rayonu ərazisində 5 ayda əhalidən külli miqdarda silah-sursat yığılıb (video)

Siyasət Materials 8 İyun 2007 12:01 (UTC +04:00)
Tərtər rayonu ərazisində 5 ayda əhalidən külli miqdarda silah-sursat yığılıb (video)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Tərtər rayonu ərazisində cümə axşamı qanunsuz silah-sursat aşkarlanıb. Tərtər rayon polis şöbəsinin rəisi, polkovnik Nofəl Məhərrəmov Trend ə bildirib ki, cümə axşamı polis şöbəsinə daxil olan anonim zənq əsasında Qaradağlı kəndi ərazisində 1 ədəd avtomat, 6 ədəd zapalı ilə birgə əl qumbarası, 4 avtomat darağı və çoxlu sayda güllə aşkar olunub.

Rəis həmçinin qeyd edib ki, Tərtər rayon polis şöbəsi republikada bu ilin 5 ayında ən çox qanunsuz silah-sursat aşkarlayan polis şöbəsidir: "Prezidentin cinayətkarlığa qarşı mübarizəsinin gücləndirilməsinə dair 9 avqust 1994-cü il tarixli fərmana əsasən, bu ilin 5 ayında rayon polis şöbəsinin apardığı əməliyyat və profilaktik tədbirlər nəticəsində vətənlaşlardan 6 avtomat silahı, 4 tapança, 5 ov silahı, 2 piyada əleyhinə mina, 22 əl qumbarası, 1 tütsü buraxan şaşki, 1 işıqsaçan fişənq, 1 qumbaraatan mərmisi, 3 fin bıçağı, 2 silahlı şaşki, 6 qumbara zapalı, 2 BMP zapalı, 1 əldə istifadə olunan rabitə qurğusu və müxtəlif silahların külli miqdarda qülləsi aşkar edilərək götürülüb". Məhhərəmov silah-sursatın əsasən maarifləndirmə işinin aparılması nəticəsində əldə olunduğunu bildirib.

Rəis qeyd edib ki, Tərtər rayonu döyüş zonası olduğuna görə əhalidə qanunsuz silah-sursat çoxdur: "Silahların bir qismi artıq sakinlərdən yığılıb.Götürülən bütün silah-sursatlar Daxili İşlər Nazirliyinin əlaqədar idarəsinə göndərilib, həmin silahların hər hansı cinayətdə işlənib-işlənmədiyi müəyyən ediləcək".

Xəbər lenti

Xəbər lenti