...

Putin Buşa Cənubi Rusiyada yerləşən RLS-dən istifadə etməyi təklif edib

Siyasət Materials 3 İyul 2007 12:44 (UTC +04:00)

"RİA Novosti"nin verdiyi məlumata görə, Rusiya vəAmerka liderləri arasında danışıqların əsas nəticələrindən biri Putinin Qəbələ RLS-lə yanaşı Rusiyanın cənubunda tikilməkdə olan raket buraxılışından xəbərdarlıq üzrə stansiyanın ABŞ ilə birgə istifadəsi təklifi olub. "Biz lazım gələrsə bu işə təkcə icarəyə götürdüyümüz Qəbələ RLS-i cəlb etmək niyyətində deyilik" - deyə Putin danışıqların nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirib və qeyd edib ki, Rusiya bu RLS-i bərpa etməyə hazırdır. "Əgər bu kifayət etməzsə, biz Rusiyanın cənubunda tikilməkdə olan raketlərin buraxılşından xəbərdarlıq üzrə stansiyanı ümumi sistemə daxil etməyə hazırıq" - deyə prezident əlavə edib.

"Bu halda Avropada, yəni Çexiyada radar yerləşdirməyə ehtiyac olmayacaq" - deyə Putin bildirib. "Vesti"nin verdiyi məlumata görə, Putin həmçinin Moskva və Brüsseldə raket buraxılışları ilə bağlı informasiyanın mübadilə mərkəzlərinin yaradılması təklifini edib.

Buş bildirib ki, raket əleyhinə müdafiə sisteminin reginoal konsepsiyasının yaradılması ideyasını dəstəkləyir. "Putin RƏMS əleyhinə regional konsepsiya təklif edib və bu ideya mənim xoşuma gəlir" - deyə Buş bildirib. Rusiyanın Qəbələ RLS-dən birgə istifadə təklifi ilə bağlı sualı cavablandırarkən Buş bildirib: "Bu maraqlı ideyadır, biz bu məsələ il bağlı işi artıq başladığımız məsləhətləşmələr vasitəsilə davam etdirəcəyik".

Buş həmçinin qeyd edib ki, "Çexiya və Polşa RƏMS sisteminin ayrılmaz hissəsi olmalıdır" - "İTAR TASS"ın məlumatında belə bildirilir. "Mən hesab edirəm ki, Avropa və NATO-nu daxil etmək məqsədilə danışıqları genişləndirməyi təklif etməklə Rusiya prezidenti konkret və həlledici bir addım atdı" - deyə ABŞ prezidenti bəyan edib.

Putin "Böyük səkkizliy"in sammiti çərçivəsində Qəbələ RLS-dən RƏMS əleyhinə istifadə etmək təklifi edib və Rusiya tərəfinin fikrincə, bu təklif ABŞ-a Şərqi Avropada RƏMS yerləşdirməkdən imtina etməyə imkan verir. Qəbələ RLS raketin buraxılışından bir neçə saniyə sonra nəinki buraxılışı aşkar etəməyə, həmçinin ilk saniyələrdən raketin trayektoriyasını izləmək və lazımi nöqtədə raketin tutulması məqsədilə məlumat vermək imkanı verir.

Xəbər lenti

Xəbər lenti