...

NATO həftəsi çərçivəsində Gəncədə Avroatlantik Mərkəzin açılışı olub

Siyasət Materials 11 İyul 2007 15:30 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Azərbaycanda keçirilən NATO həftəsi çərçivəsində çərşənbə günü Gəncədə Avroatlantik Mərkəzin açılışı olub. Mərkəzin açılmasında məqsəd NATO-nun fəaliyyəti ilə ictimaiyyəti məlumatlandırmaq, Azərbaycanın NATO-ya inteqrasiyasına kömək etməkdir. Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfirinin müavini Donald Lu bildirib ki, Azərbaycanın NATO ilə əməkdaşlığı ölkədə demokratik dəyərlərin aşılanmasına və dünyada müstəqil dövlət kimi tanınmasına ciddi təsir edir. Onun sözlərinə görə, artıq Bakıda bu cür mərkəz fəaliyyət göstərir və Gəncə Azərbaycanın ikinci şəhəri olduğundan, burada da mərkəzin fəaliyyəti mühim rol oynayacaq.

Lu Avropanın bir çox ölkələrində fəaliyyət göstərən bu cür mərkəzlərin sayının gələcəkdə Azərbaycanda artırılacağını deyib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti