...

Gəncədə itkin düşən şəxsin qətlə yetirildiyi müəyyənləşdirilib

Siyasət Materials 16 İyul 2007 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Gəncədə itkin düşən şəxsin qətlə yetirildiyi müəyyənləşdirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bazar ertəsi bildiriblər ki, Gəncə sakini, 1965-ci il təvəllüdlü Namiq Həsənovun iyulun 1-də itkin düşməsi faktı ilə əlaqədar Kəpəz rayon Polis Şöbəsi və Samux RPŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun iyunun 20-də Samux rayonunun Çobanabdallı kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Eldəniz Zeynalov və Gəncə sakini Mahir Əhmədov tərəfindən münaqişə zəmnində bıçaq və tüfəngdən atəş açmaq yolu ilə qətlə yetirilməsi müəyyənləşdirilib. Onlar cinayəti törətdikdən sonra cəsədi su quyusuna atıblar.

Zeynalov və Əhmədov tutulub, onlardan bir "Vinçester" markalı tüfəng və bir bıçaq götürülüb.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti