...

Rusiyalı politoloq: "Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxması mənasız və emosionaldır"

Siyasət Materials 16 İyul 2007 15:14 (UTC +04:00)
Rusiyalı politoloq: "Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxması mənasız və emosionaldır"

Rusiya, Moskva /müx. Trend R.Ağayev/ Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxması mənasızdır və ağılın deyil, emosiyaların diktə etdiyi bir qərardır. Rusiyalı politoloq, Rusiya Elmlər Akademiyasının aparıcı elmi işçisi Andrey Piontkovski bu fikirdədir.

Onun sözlərinə görə, bu müqavilə Rusiyanın özü üçün sərfəli idi və NATO-nun üzv dövlətlərinə silahlanmanın dörd növü üzrə istsifadəyə imkan verilir. "Əgər biz deyirik ki, NATO bizim üçün təhlükədir, bəs onda nə üçün özümüz bu müqavilədən imtina edirik? Ona görə ki, bu, tamamilə emosional və əvvəlcədən düşünülməmiş bir reaksiyadır. Təəssüf ki, bu barədə qərar çoxdan qəbul olunub və bu qərar qaçılmaz olub" - deyə Piontkovski bildirib.

Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxması barədə qərarının post sovet məkanında geosiyasi fona, daha dəqiq desək Rusiyanın hərbi bazalarının Gürcüstan və Moldova ərazisindən çıxarılması prosesinə toxunaraq politoloq bildirib ki, Rusiyanın bu qərarı bu bazaları çıxarmaqda rus hakimiyyəti üçün stimul rolu oynamayacaq.

Piontkovski əmindir ki, bu qərar Rusiya-Gürcüstan və Rusiya-Moldova münasibətlərinin korlanmasına gətirib çıxarmayacaq, belə ki, o əmindir ki, bu əlaqələr hazırda o qədər pis vəziyyətdədir ki, onları korlamaq çox çətindir. Bu, onun sözlərinə görə, nə gürcü, nə də Moldova tərəfi üçün yeni xəbər deyil.

Piontkovski həmçinin hesab edir ki, Rusiyanın qərarı GUAM-la heç bir ciddi qarşıdurma həddinə qədər böyüməyəcək, belə ki, açıq və qapalı qarşıdurma dövrü soyuq müharibənin bitməsi ilə geridə qalıb. "Rusiya və GUAM-ın qarşıdurmasını gözləməyə dəyməz. Burada söhbət güman ki, siyasi ambisiyalardan, daha konkret desək Rusiyanın özünün neoimperiya ambisiyalarından gedir, belə ki, Rusiyanın bütün siyasi spektri - milliyyətçi Roqozindən liberal Çubaysa qədər, Rusiyanın bütün post sovet məkanında ağalıq etməsi konsepsiyasını bu və ya digər dərəcədə dəstəkləyir" - Rusiya Elmlər Akademiyasının aparıcı elmi işçisi bu fikirdədir.

Rusiyanın bu qərarının Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri ilə bağlı suala cavab verərkən o bildirib ki, Qarabağ münaqişəsinin özünəməxsus xüsusiyyəti var ki, onu digər bu kimi paralel problemlərlə əlaqələndirməyə imkan vermir. "Mən hesab etmirəm ki, Rusiyanın qərarı Ermənistan -Azərbaycan münaqişəsinin həllinə, həmçinin Rusiyanın Azərbaycanla münasibətlərinə təsir göstərə bilər. Məsələ ondadır ki, Qərblə heç bir cinah müqaviləsi və öhdəliklərlə bağlı olmayan Rusiya Ermənistana daha sərbəst şəkildə hərbi yardım göstərəcək, Rusiya onsuz da bu işi Ermənistanın ərazisində yerləşən hərbi bazalar şəklində edir.

Ermənistanın dəstəyi isə faktiki olaraq Dağlıq Qarabağda tanınmamış rejimin dəstəyi kimidir. Lakin mən hesab edirəm ki, Rusiya çətin ki, belə kobud şəkildə hərbi silah-sursatını Dağlıq Qarabağ ərazisinə atacaq və beləliklə də regionda siyasi vəziyyətin destabilizasiyasına imkan verəcək. Rusiya müəyyən dərəcədə Azərbaycanla normal əlaqələr saxlamağa çalışır və bu səbəbdən də Rusiya çətin ki, öz hərbi qüvvələrinin bir hissəsini Dağlıq Qarabağa göndərsin. Ermənistanın özünə isə Rusiya daha çox hərbi yardım göstərəcək" - deyə politoloq yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti