...

Aşqabadda Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar keçirilir

Siyasət Materials 19 İyul 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Bu gün Aşqabadda Xəzər dənizinin hüquqi statusu ilə bağlı Azərbaycan və Türkmənistan arasında ikitərəfli danışıqlar başlayır.

Bakı nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə isə onun həmkarı Xoşgəldi Babayev rəhbərlik edir. Danışıqlar iyulun 20-nə qədər davam edəcək.

Xəzər dənizinin hüquqi statusu məsələsi SSRİ dağıldlqdan sonra meydana çıxıb. 1991-ci ilə qədər bu sahilyanı dövlətlər - İran və Sovet İttifaqı arasında müqavilə ilə müəyyən olunmuşdu.

1998-ci ildə Qazaxıstan və Rusiya yeraltı sərvətlərdən istifadəyə suveren hüquqlar üçün Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi barədə razılaşma, 2002-ci ilin mayında isə bu Saziş üzrə protokol imzalayıblar.

Analoji sənədi 29 noyabr 2001-ci il və 27 fevral 2003-cü ildə Qazaxıstan və Azərbaycan imzalayıb.

Xəzəryanı dövlətlər 2003-cü ildə Xəzər dənizinin dəniz mühitinin qorunması üzrə Roma Konvensiyasını imzalayıblar.

14 may 2003-cü ildə Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında razılaşma imzalanıb.

Xəbər lenti

Xəbər lenti