...

Müğənni Ruhi: "Mən ATV kanalına bir qəpik pul vermirəm"

Cəmiyyət Materials 18 Sentyabr 2007 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / "TrendLife" , müxbir Vüqar Vüqarlı/ Müğənni Ruhi "Tovuzum" klipinin təqdimatında belə bir açıqlama verdi. "Mən çox gözəl başa düşürəm ki, yerli telekanallarda pullu efirlər var. Lakin mən efirə çıxmaq üçün bir qəpik pul verməmişəm". Bu anda "TrendLife" müxbiri özünü saxlaya bilməyib, müğənniyə belə bir sual verdi: "Siz öz reklamınız üçün doğrudan da ATV kanalına pul verməmisiniz?" Müğənni: "Bəli, təzə-təzə efirə çıxanda ATV kanalına pul vermişəm. İndi isə vermirəm..." - deyə sualımızı cavablandırdı.

Xəbər lenti

Xəbər lenti