...

Müğənni Mahsun Qırmızıgül Azərbaycan tamaşaçılarından məmnundur

Cəmiyyət Materials 1 Oktyabr 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /müx. TrendLife Səbinə Haşımova/

Türk müğənnisi Mahsun Qırmızıgül Azərbaycan tamaşaçıları ilə bağlı öz təssüratlarını TrendLife-la bölüşdü: "Mən Azərbaycan xalqını çox sevirəm. Bunu burada olduğuma görə demirəm. Buradakı insanların musiqi duyumı çox güclüdür. Məndə olan məlumata görə, konsertə qədər bütün biletlər satılıb. Qapının arxasında dayanan insanları da gördüm. Onlar konsertin sonuna qədər orda dayanıb qulaq asırdılar. Bilmirdim ki, burda "Aşka sürgün" ün pərəstişkarları bu qədər çoxdur. Zilan və Rəsul da konsertdə iştirak etmək istəyirdilər. Lakin çəklişlər üzündən gələ bilmədilər. Azərbaycan xalqından böyük həzz aldım. Gələndə çox yorğun idim, səhnəyə çıxan kimi yorğunluğumu unutdum. İnşallah ,bir daha görüşərik!"

Xəbər lenti

Xəbər lenti