...

Müğənni Nadir Bayramlı: " Mən şir balası Simba haqqında cizgi filminə baxanda, ağlayırdım"

Cəmiyyət Materials 1 Oktyabr 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /müx. TrendLife Süleyman Vəliyev/

Ciddi xasiyyətinə baxmayaraq, hələ də cizgi filmlərini sevən müğənni Nadir Bayramlı ilə olan müsahibə

- Uşaqlıqda cizgi və uşaq filmlərini çox sevərdim. Rusiya istehsalı olan cizgi filmləri arasında ən çox xoşuma gələn "Nu poqodi!", "Qar qız", "Vini Pux və onun dostları", "Çəkməli pişik", yerli cizgi filmləri arasında isə, "Tıq-tıq xanım", "Tülkü həccə gedir"-i çox sevərdim. Film qəhrəmanlarından isə, "Bir qalanın sirri"də Elşəni, "Dədə Qorqud" eposunda Qazan xan və Beyrəyi özümə kumir seçmişdim. Bu gün də həmin filmlərə böyük məmnuniyyətlə baxıram.

-Bəs köhnə filmlər müasir filmlərdən nə ilə fərqlənir? Axı, müasir filmlərdə çoxlu kompüter effektləri var...

-Düzdür, kompüter effektləri var. Amma xoş insani münasibətlər yoxdur. Əlbəttə, zaman öz qanunlarını irəli sürür. İnanın ki, insan xoş aura üçün çox darıxır.

- Gəlin razılaşaq ki, kino qəhrəmanları insanın formalaşmasına təsir göstərir.

- Hansı filmlərə baxırdıqsa, onların qəhrəmanlarını da yamsılayırdıq. Cizgi filmi ilə kino arasında fərq bircə ondadır ki, kinoda daha konkret insan obrazı, cizgi filmində isə, hər şeyə inanan uşaq obrazı canlanır.

-Bəs bu gün necə, cizgi filmlərinə baxırsınız? Deyirlər ki, cizgi filminə baxmayan insan tez qocalır...

- Təəssüf ki, indi elə cizgi filmləri çəkilir ki, robot canilər, qorxunc adamlar kimi obrazlar uşaqların psixikasına mənfi təsir göstərir. Əlbəttə, hamısına pis demək olmaz. Məsələn, mən şir balası Simba cizgi filminə baxanda ağlamışam. Mənə elə gəlir ki, vaxt keçdikcə bir az uşaqlıq dövrünə nəzər salmaq, əlbəttə ki, maraqlı cizgi filmlərini izləmək lazımdır.

-Bəs müasir filmlərdən hansını xoşlayırsınız?

- Ən çox sevdiyim -- turk serialı "Sirlər dünyasıdır". Bundan başqa, psixoloji və tarixi filmləri də sevə-sevə izləyirəm.

Xəbər lenti

Xəbər lenti