...

"Yuğ" teatrının direktoru Tərlan Rəsulzadə: "Toxumu səpmişik, necə cücərəcəyini zaman göstərər"

Cəmiyyət Materials 18 Oktyabr 2007 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

"Yuğ" teatrının kollektivi Qafqazın Mədəniyyət Yarmarkasında iştirak edəcək. TrendLife-ın verdiyi məlumata görə, Yarmarka hazırda Tbilisidə keçirilir. "Yuğ" yeganə teatrdır ki, orada öz tamaşasını təqdim etmişdir. Bu,onların Yarmarkada ikinci iştirakıdır. Teatrın direktoru Tərlan Rəsulzadənin TrendLife-a verdiyi məlumata görə: "Biz rejissor Mikayıl Mikayılovun "Viy" əsərini təqdim etdik. Bircə onu deyə bilərik ki, toxumu səpmişik, nəticəsini isə, zaman göstərəcək. Tədbirdə Hollandiyadan, Danimarkadan, İspaniyadan və Gürcüstandan teatr truppaları iştirak edir."

Xəbər lenti

Xəbər lenti