...

Çikaqodakı Dünya Çempionatında Azərbaycan komandası üçün hələ ki hər şey uğurludur

Cəmiyyət Materials 25 Oktyabr 2007 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir B.Məmmədov/ Çikaqoda keçirilən boks üzrə Dünya Çempionatında iştirak edən Azərbaycan komandası üçün hələ ki hər şey uğurludur. 75 kiloqram çəki dərəcəsində Rahib Bəylərov ilk rəqibi - Belarusdan olan Vitali Bondarenkoya 21:11 hesabı ilə qalib gəlib. Ona qədər isə, komandanın kapitanı Şahin İmranov 24:9 hesabı ilə qanalı İsso Samirin öhdəsindən gəlib. Emil Məhərrəmov da (21:16) Türkmənistan boksçusu Burdımurad Sahatova qalib gəlib. İkigünlük mübarizədən sonra dünyanın ən güclü boksçusu adı və Olimpiya lisenziyası uğrunda Azərbaycan komandasının cəmi bir itkisi var. 54 kq çəki dərəcəsində Elşən İsmayılov Venesueladan olan Ektor Mansaniliyə 17:33 hesabı ilə məğlub olaraq, mübarizədən kənar qalıb.

Xəbər lenti

Xəbər lenti