...

Qızlar arasında Avro-2009 çempionatının seçmə mərhələsi Bakıda keçiriləcək

Cəmiyyət Materials 11 Dekabr 2007 20:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Qızlar arasında (U-19) Avro-2009 birinciliyinin seçmə mərhələsi Bakıda keçiriləcək. AFFA-dan Trend ə verilən xəbərə görə, UEFA-nın Nyonedəki mənzil - qərargahında keçirilən püşkatmada gələcək meydan sahiblərinin rəqibləri müəyyənləşdirilib. Komandaya qarşı qrupda birinci yer uğrunda mübarizə aparacaq Çexiya, Finlandiya və Şimali İrlandiya yığmaları oynayacaq. Yarışlar sentyabrda baş tutacaq və kollektivlərin hazırlıq üçün kifayət qədər vaxtları var. Daha kiçik yaş kateqoriyasında (U-17) Azərbaycan yığması birinci mərhələsində Fransa, İtaliya və İslandiya ilə oynayacağı kvalifikiyasiya kampaniyasında iştirak edəcək. Qrupda oyunlar avqust-sentyabrda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti