...

Azərbaycanın bədii gimnastika üzrə yığmasının məşqçisi: "Bizim məqsədimiz ölkəni Olimpiadada layiqincə təmsil etməkdir"

Cəmiyyət Materials 26 Dekabr 2007 15:18 (UTC +04:00)
Azərbaycanın bədii gimnastika üzrə yığmasının məşqçisi: "Bizim məqsədimiz ölkəni Olimpiadada layiqincə təmsil etməkdir"

Azərbaycan, Bakı / "Trend " müxbir Z.Səfərov/ Yola saldığımız il Azərbaycanda bədii gimnastika üçün çox zəngin və uğurlu olub. Federasiyanın təşkilati uğurlarına Bakıda Avropa Çempionatının yüksək səviyyədə keçirilməsi, Aliyə Qarayevanın Avropa - 2007-də qızıl medal qazanması, Pekin Olimpiadasına üç lisenziyanın qazanılması, dünya çempionatının ümumi hesabında yığmanın üçüncü yer qazanması və digər çoxsaylı nəticələr daxildir. Yola saldığımız mövsümün xüsusiyyətləri haqqında Trend ə Azərbaycanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi Valentina Ukleina danışıb.

-Komdandanın bu il qazandığı uğurlardan hansı daha çox yadınızda qalıb?

-Komandanın Patrasda keçirilən dünya çempionatında komanda hesabında bürünc medal qazanması daha çox yadımda qalıb. Bu mənə 2003-cü ili xatırlatdı. Həmin il Budapeştdə keçirilən mundialda Beynəxalq Federasiyanın rəhbəri Bruno Qrandi Dinara Gimatovanın səkkizinci yer tutmasına şərh verərkən bildirmişdi ki, tezliklə komanda da yüksək nəticələrə nail olacaq. Artıq dörd ildən sonra dünya çempionatında 3 lisenziya qazanmaqla biz kifayət qədər rəqabət qabiliyyətli kollektivə malik olduğumuzu göstərdik.

-Azərbaycan gimnastlarının nail olduğu bir çox uğurlara nail olmaq üçün bir neçə onillik lazımdır. Lakin Federasiya cəmi beş il müddətində dünyada tanınıb. Sizin uğurunuzun əsasını nə təşkil edir?

-Milli Federasiyanın prezidenti Mehriban Əliyeva bədii gimnastikanın Azərbaycanda inkişaf etməsi və dünyada tanınması üçün çox işlər görür. O, buna nail olub və bizim kollektiv güclülər dəstəsinə daxil olmaqla liderlərlə ciddi rəqabət aparır. Qrup məşqləri üzrə komanda yaradılıb. Federasiya isə böyük həcmdə işlər görür. Dünya və Avropa Çempionatını keçirdikdən sonra biz Olimpiadanı da təşkil edə bilərik.

-Yığmada ciddi rəqabətə necə nail olunub? Belə ki, əvvəllər bizim əsas gimnastımız Dinara Gimatova idi. İndi isə biz artıq dörd yüksək dərəcəli gimnasta malikik?

-Biz qarşımıza maksimal hədəflər qoyur və onlara nail oluruq. Bundan əlavə, yığma nə qədər güclü olsa bu idman növünün ölkədəki orta səviyyəsi də o qədər yüksək olacaq. Müvafiq olaraq azyaşlılar yaşca böyük rəfiqələrinin çıxışlarına baxaraq onlara çatmaq istəyirlər. Bakıda bədii gimanstika üzrə böyük yarışların keçirilməsi bu idmanın ölkədəki inkişafına öz payını verib. Gimnastlardan biri iştrakçıların çıxışlarında bir elementi görüb və özü üçün bunu qeyd edib. Bakıda keçirilən Avropa və Dünya çempionatları azərbaycanlı gimnastların və mütəxəssislərin yalnız xeyrinə olub.

-Rusiya yığmasının baş məşqçisi İrina Viner bizim potensial idmançılarımızı qiymətləndirərkən bu mövsümü Avropa çempionu dərəcəsində başa vuran Aliyə Qarayevanı xüsusi qeyd edib. Qarayeva öz komanda yoldaşlarından hansı xüsusi qabiliyyəti ilə fərqlənir?

-Hər şey ondan ibarətdir ki, təbiət Aliyəyə böyük qabiliyyət bəxş edib. O, uca sıçrayışa, hədsiz elastikliyə və çox əla koordinasiyaya malikdir. Mövsümün birinci yarısında onun Bakıda keçirilən Avorpa Çempionatının gedişində stabilliyi çatmırdı. O, çalışmaları müəyyən səhvlərlə yerinə yetirirdi. Lakin mövsümün sonu üçün lazımi formanı yığa bilib. Qarayevanın rəqbiləri onu ciddi qəbul edirlər və əgər o, sərbəstliyi tutsa, onu saxlamaq çətindir.

- Qarayevanın Pekindəki çıxışına 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarında onun üçün vacib hazırlıq mərhələsi kimi necə baxmaq olar?

-Qrup ənənəsinin itirlməsinə baxmayaraq, komanda yenidən yaranıb və kollektiv son illərdə kifayət qədər stabil çıxış edib. Pekindəki oyunlar gimnastlar üçün yaxşı məktəb olacaq və düşünürəm ki, növbəti oyunlaradək komanda daha da güclənəcək. O vaxtadək kimsə komandanı tərk edə bilər. Lakin komanda artıq öz relsinin üstündədir. Bununla yanaşı, qrup yarışları daha mənzərəlidir və azarkeşlərin diqqətini özünə cəlb edir.

-Olimpiadada iştirak edəcək zəriflərimizin qarşısına hansı vəzifələr qoyulub?

-Hədəf birdir-Azərbaycanı Oyunlarda ləyaqətlə təmsil etmək. Hazırda gimnastların proqramlarına Pekin bucağından baxılır. Buna görə idmançılar Olimpiadaya Ən yüksək formada yola düşəcəklər. İdmanda proqnoz vermək mənasız olduğu üçün, proqnozları mən sevmirəm.

Xəbər lenti

Xəbər lenti