...

Aygün Kazımova Röyanın hansı sirrini ifşa etmək istəyib?

Cəmiyyət Materials 28 Fevral 2008 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /müx. TrendLife Günel Əhmədova/

Bir çoxları Aygün Kazımova ilə Röyanın münasibətlərinin artıq normallaşdığını düşünürdü. Lakin Röyanın TrendLife-a verdiyi açıqlamadan vəziyyətin xoşagəlməz olduğu qənaətinə gəldik.

Onun Türkiyə uğuru ilə bir çoxlarının barışmadığını deyən Röya hələ hava limanında olarkən, yaxınlarından birinə edilən telefon zəngini xatırlayıb bunları dedi:

"Əvvəla onu açıqlayım ki, "Popstar Alaturka" verilişində geyindiyim libas mənim yaxın rəfiqələrimdən birinə məxsus olub. Efirə çıxacağımı düşünəndə fikirləşdim ki, sıradan bir libas və makiyajla çıxsam, tamaşaçı yaddaşına köçə bilməyəcəm. Çünki Türkiyədə yeni simanın möhtəşəm debutu zamanı onun ifası ilə yanaşı, xarici görkəmi də vəhdət təşkil etməlidir. Rəfiqəmə müraciət edəndə o, 11 min avroya ağ libas aldığını və bir satalıq geyindiyini söylədi. Qərara gəldim ki, bəzi müğənnilər kimi bir gecəyə 50-60 min manat xərcləyib yeni libas almaqdansa, rəfiqəmin məsləhətindən bəhrələnim. Elə də oldu.

Səfər yekunlaşıb Bakıya yetişdik. Hələ hava limanında olarkən, Kazımovadan (Aygünü nəzərdə tutur) mənim yanımda olanlardan birinə zəng gəlir. O söyləyir "mən çıxacam bazarlara deyəcəm ki, sən demə, onun geyindiyi libas isarəyə götürülüb". Bəlkə başqası bu sözdən əsəbiləşərdi, amma mən çox sevindim. Hətta istədim ki, çıxıb efirlərdə bu haqda danışsın və insanlardan özünə mənfi enerji gətirsin. Mən bunu gizlətməmişəm ki, paltarı kimdənsə götürmüşəm. Yəqin sonradan kimsə Kazımovanı başa salıb ki, ən yaxşısı bu barədə danışması olar. Bu fikrimi xüsusi ilə qeyd etməyinizi istəyirəm, mən xərclədiyim pullarla deyil, uğurlarımla sevinirəm. Bilməyənlər bilsin".

Xəbər lenti

Xəbər lenti