...

Muğam teatrı təmir olunur

Cəmiyyət Materials 2 Aprel 2008 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel/ müx.TrendLife Günel Əhmədova

lkə başçısının sərəncamına əsasən Dövlət Muğam Teatrında nəzərdə tutulan təmir işləri başlayıb. Müasir standartlara uyğunlaşdırılan sənət ocağındakı millilik qorunub saxlanılacaq. Teatrın bədii rəhbəri Arif Qazıyevin TrendLife-a bildiryinə görə, təmir işlərinin bir aya qədər davam etməsi nəzərdə tutulub: "Bildiyiniz kimi, Muğam Teatrı qədim ənənələri özündə birləşdirən bir məkandır. Ona görə də, burada köklü təmir işlərinə bir o qədər ehtiyac yoxdur. Burada yaranan başlıca problem teatrın üstünün açıq olmasıdır. Təmir işləri daha çox bu problemin həlli üçün nəzərdə tutulub. Yenilik Avropa standartlarına

uyğun aparılır".

Qazıyevlə söhbətimizdə öyrəndik ki, teatrın üstü avtomatlaşdırılmış qurğularla örtüləcək. Yay aylarında teatrın üstü açıq, qışda bağlı olacaq.

Xəbər lenti

Xəbər lenti