...

Avropa İttifaqı Azərbaycanı MSK-nı restrukturlaşdırmağa çağırır

Cəmiyyət Materials 3 Aprel 2008 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel/ Trend , müxbir K.Ramazanova/ Avropa İttifaqı seçicilərin və namzidələrin etibarının təmin edilməsi üçün Azərbaycanı Mərkəzi Seçki Komissiyasının və daha aşağı səviyyəli komissiyaların tərkibini restrukturlaşdırmağa çağırır. Bu barədə Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində Üzvlük üzrə Fəaliyyət Planını (ÜFP) yerinə yetirməsi haqqında Avropa İttifaqı Avropa Komissiyasının xarici siyasət üzrə komissarlığının cümə axşamı dərc edilmiş məruzəsində deyilir.

Sənəddə qeyd edilir, Azərbaycan söz azadlığı sahəsində uğurlara nail olub, lakin KİV-in hələ də iqtisadi xarakterli problemləri var. Bundan əlavə, ölkədə müxalifət KİV-ə təzyiq müşahidə edilir.

Məruzədə qeyd edilir ki, həbsdə saxlanılan üç jurnalistlə bağlı məsələnin tez və müsbət həlli, böhtan üzrə normalara yenidən baxılması ÜFP-nin uğurla reallaşdırılmasına öz töhfəsini verə bilər.

Avropa Komissiyasının rəyinə görə, hakimiyyət milli azlıqların hüquqlarının müdafiəsi üzrə qanunverici sturkturun olmaması ilə əlaqədar Aİ-ə müraciət etməyib. Milli azlıqların dilində təhsilə məhdud çıxış və şikayətlər mexanizminin olmaması narahatlıq doğurur.

"2 100 çeçen Azərbaycanda sığınacaq axtarıb. Onlar Bakıda yaşayır və yalnız minimal kömək alırlar. Hökumət onlara qaçqın statusu vermir", - məruzədə deyilir.

Bundan əlavə, Avropa İttifaqı qeyd edir ki, Azərbaycanda korrupsiya problem olaraq qalmaqda davam edir. Lakin hökumət nəzərəçarpacaq tədbirlər də görür - nümunə kimi, Korrupsiya ilə mübarizə üzrə Dövlət Proqramının təsdiqlənməsini göstərmək olar.

Məruzədə vuğrulanır ki, Azərbaycan narkotiklərin tranziti yolunda yerləşir. Bu problemdən əlavə, ölkədə traffikinq, terrorizmin maliyyələşdirilməsi ilə mübarizə aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti