...

"Azərbaycan" Nəşriyyatı rəngli çap orqanlarının nəşri üçün yeni avadanlıqlar alıb

Cəmiyyət Materials 5 Aprel 2008 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 aprel / Trend ", müxbir Q.Cəbiyev/ Rəngli çap orqanlarının nəşri üçün "Azərbaycan" Nəşriyyatı yeni avadanlıqlar alıb. Bu barədə şənbə günü jurnalistlərə nəşriyyatın direktoru Ağabəy Əsgərov məlumat verib.

Azərbaycanda nəşr olunan gündəlik və həftəlik qəzetlərin 60 faizdən artığı "Azərbaycan" Nəşriyyatında çap olunur.

Əsgərov deyib ki, yeni avadanlıqlar may-iyun aylarında Azərbaycana gətiriləcək və avqustda nəşriyyat rəngli çap orqanlarının nəşrinə tam hazır olacaq. Nəşriyyat direktoru alınan avadanlıqların qiymətini kommersiya sirri olduğu üçün açıqlamayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti