...

Röya Gəncədə konsert verəcək

Cəmiyyət Materials 7 Aprel 2008 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı,07 aprel/ müx.Trend Life Günel Əhmədova

Solo-layihələrin öhdəsindən məharətlə gələn Röya təcrübəsini tezliklə əyalətdəki tamaşaçıları qarşısında sərgiləməyə qərar verib. Martın 30-da verdiyi sonuncu konsertin yorğunluğunu çıxarmamış o, növbəti çıxışına hazırlaşır. Konsert Gəncədə keçiriləcək. Bu barədə TrendLife-a məlumat verən sənətçi xanım təfərrüatı ilə bunları söylədi:

"Konesrt gələn aya nəzərdə tutulub. Bu, müştərək təşkil olunmuş bir konsert olacaq. Hazırda danışıqlar davam edir".

Söhbətinin davamında müğənni söylədi ki, konsert mayın10-a təsadüf edəcək. Qeyd edək ki, həmin gün paytaxt və ondan kənarda HeydərƏliyevin doğum günü münasibətilə silsilə konsertlər keçiriləcək. Röyanın konserti də bunlardan biridir və Gəncə şəhər İcra Hakimiyyəti ilə birlikdə hazırlanır. İcra başçısının bu layihədə onlara böyük dəstək göstərildiyini diqqətə çatdıran Röya konsertin nümayəndəliyin qarşısında təşkil olunacağını söylədi. Lakin konsertin repertuarı sonuncu proqramdan fərqlənəcək. Burada daha çox vətənpərvər, eyni zamanda Röyanın məşhur mahnıları səsləndiriləcək.

Xəbər lenti

Xəbər lenti