...

FİDE-nin Bakıdakı Qran-Prisinin açılışı Dövlət Filarmoniyasında baş tutacaq

Cəmiyyət Materials 9 Aprel 2008 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel/ Trend , müxbir Z.Səfərov/ FİDE-nin aprelin 20-də Bakıda start götürən Qran-Prisinin birinci mərhələsinin təntənəli açılış mərasimi Dövlət Filarmoniyasında keçiriləcək.

Beynəlxalq Federasiyanın tarixində yeni səhifə olacaq yarışın açılış və bağlanış mərasimi məhz bu binada keçiriləcək. Bununla yanaşı, mərasimdə yalnız bilavasitə yarış iştirakçıları deyil, FİDE rəhbəri Kirsan İlyumjinov da iştirak edəcək.

Yarışda üç azərbaycanlı qrossmeyster iştirak edəcək - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov. Onlar turnirin mükafatları uğrunda mübarizə aparacaqlar. Bundan əlavə, Bakıda lövhə arxasında Maqnus Karlsen, Qata Kamski, Sergey Karyakin və digər məşhur şahmatçılar əyləşəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti