...

Türkiyə milli məsələlərdə Azərbaycanı gələcəkdə də dəstəkləməyə hazırdır - prezident

Cəmiyyət Materials 15 Aprel 2008 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel/ Trend , müxbir S.Ağayeva/ Türkiyə rəhbərliyi milli məsələlərdə Azərbaycanı gələcəkdə də dəstəkləməyə hazır olduğunu yenidən bildirib. Bu barədə çərşənbə axşamı Türkiyə prezidenti Abdullah Gül Azərbaycanın Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşdə bildirib. Türkiyə prezidenti Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində Ankaranın dəstəyini ifadə edib. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov telefonla məlumat verib.

Görüşdə iki ölkənin məhkəmə orqanlarının əməkdaşlıq məsələləri də müzakirə edilib, bu əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyinə toxunulub.

Azərbaycanın Ali Məhkəməsinin sədri Türkiyəyə ikigünlük səfər çərçivəsində, parlamentdə, ölkənin Ali və Konstitusiya Məhkəmələrində görüşlər keçirib, əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti