...

Azərbaycanlı voleybolçu komandasının ən yaxşısı seçilib

Cəmiyyət Materials 15 Dekabr 2008 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir R.Ergün/ Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının lideri Natalya Məmmədovanın çıxış etdiyi Türkiyənin "TürkTelekom" klubu "Beşiktaş"la görüşdə 3:0 hesabı ilə qələbə qazanıb.

Türkiyənin voleybol çempionatı çərçivəsində keçirilən görüşdə Məmmədova start heyətində meydana çıxıb. O, türkiyəli jurnalistlər tərəfindən həm komandasının, həm də oyunun ən yaxşısı seçilib.

Məmmədova əvvəllər Bakının "Azərreyl" klubunda çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti