...

Futbol üzrə Azərbaycan yığması Şotlandiya klubları ilə görüşəcək

Cəmiyyət Materials 30 Dekabr 2008 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dеkаbr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə 21 yaşlılardan ibarət yığma komandası Şotlandiya klubları ilə yoxlama görüşləri keçirəcək. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan yığması Şotlandiya klubları ilə Türkiyədə - yanvarın 4 - dən 10 - dək keçirəcəyi toplanışda qarşılaşacaq.

Futbol üzrə Azərbaycan komandası yanvarın 7-də "Dandi Yunayted"lə, 9 - da "Kilmarnok" klubunun əvəzedici komandası ilə görüşəcək.

Yığma komandanın baş məşqçisi almaniyalı Bernhard Lippertdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti