...

Azərbaycanın tanınmış rep ifaçısı narkomaniyadan məcburi müalicəyə cəlb olunacaq

Cəmiyyət Materials 10 Mart 2009 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir K.Zərbalıyeva /

Məhkəmə Azərbaycanın tanınmış rep ifaçısına cəza verib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çərşənbə axşamı satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama (234) maddəsi ilə ittiham olunan Hüseyn Dərya, Hikmət Şahverdiyev və Bəylər Qənbərova hökm oxunub.

Məhkəmənin hökmü ilə Dəryaya 1 il, Şahverdiyevə 1il, Qənbərova isə 7 il azadlıqdan məhrumetmə cəzası verilib.

Reper məhkəmənin hökmü ilə narkomaniyadan məcburi müalicəyə cəlb olunacaq.

Dərya ötən ilin dekabrın 2-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun üzərindən narkotik vasitə və bir ədəd qaz tapançası götürülüb.

Dərya ifadəsində narkotikanı Qənbərov və Şahverdiyevdən aldığını deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti