...

Azərbaycanda qəbul imtahanları ilə bağlı Apelyasiya komissiyaları təşkil olunur

Cəmiyyət Materials 25 İyul 2009 19:29 (UTC +04:00)
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəb və orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyaları təşkil edir.
Azərbaycanda qəbul imtahanları ilə bağlı Apelyasiya komissiyaları təşkil olunur

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir C.Babayeva/

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəb və orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyaları təşkil edir.   

Apelyasiya komissiyaları 28 iyul - 30 iyul tarixlərində saat 10:00-dan 17:00-dək - I və IV qruplar üzrə - Bakı Qızlar Universiteti, II və III qruplar üzrə - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və rus bölməsinin bütün ixtisas qrupları üzrəTQDK-da  fəaliyyət göstərəcək, TQDK-nın şənbə günü yaydığı məlumatda bildirilib.

Abituriyent Apelyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Müraciətin araşdırılması zamanı onunla birlikdə yalnız valideyni iştirak edə bilər, üçüncü şəxslərin iştirakına icazə verilmir.

TQDK bildirib ki, abituriyentlərin ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi və imtahanın keçirilməsi qaydalarının onlar tərəfindən pozulması ilə bağlı müraciətlərinə baxılmayacaq.

Dövlət komissiyası ali məktəblərə qəbulun yalnız imtahanda toplanılan ballara əsasən aparıldığını xatırladır və əhalinin heç bir sosial təbəqəsinə güzəşt nəzərdə tutulmadığını bildirir.

Apelyasiya komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti