...

ARDNŞ-ə işə düzəltmək adı ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunan Bakı sakininin məhkəməsi başlayıb

Cəmiyyət Materials 8 Sentyabr 2009 14:00 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, Akif Əzizov Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmək (178.3.2) maddəsi ilə təqsirli bilinir.
ARDNŞ-ə işə düzəltmək adı ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunan Bakı sakininin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , muxbir H. Bağırov /

Bir qrup şəxsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (ARDNŞ) işə düzəltmək adı ilə pullarını mənimsəməkdə ittiham olunan Bakı sakininin məhkəməsi başlayıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Akif Əzizov Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmək (178.3.2) maddəsi ilə təqsirli bilinir.

Əzizov ötən ilin müxtəlif dövrlərində Bakı şəhər sakinləri Arif Cəbiyev, Nizami Quliyev, Rüstəm Quliyev və Məmməd Məmmədovdan Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işə düzəltmək adı ilə aldadaraq, onların hər birindən 21 min ABŞ dolları alıb və pullarını mənimsəyib.

Əzizov Bakı şəhər sakini Rəna İsmayılovaya qızını tibb bacısı, oğlunu isə gəlirli bir işə düzəldəcəyini vəd edərək ondan 4 min ABŞ dolları alıb.

Nəsimi Rayon Polis İdarəsinə daxil olan şikayət əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Əzizov həbs olunub.

Məhkəmədə ifadə verən Əzizov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, aldığı pulların müqabilində adıçəkilən şəxsləri işə düzlətmək istəyib. Amma onun qurduğu plan baş tutmayıb.

O aldığı pulları geri qaytarmaq istəyində olduğunu, lakin həbs olunması səbəbindən istəyini reallaşdıra bilmədiyini deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti