...

Narkotik qaçaqmalçılığında təqsirli bilinən İran və Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb

Cəmiyyət Materials 16 Dekabr 2009 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir H.Bağırov/

Narkotik vasitələrin satışında təqsirli bilinən İranAzərbaycan vətəndaşlarının məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Azərbaycan vətəndaşı Rais Heydərov və İran vətəndaşı Behzad Dadigərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxslər bu il mayın 20-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar, onlardan 12 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Onlar Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3) maddələri ilə ittiham olunurlar.

Məhkəmə baxışı dekabrın 22-nə təyin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti