...

Azərbaycanda 90 dini icma yenidən qeydiyyatdan keçirilib

Cəmiyyət Materials 17 Dekabr 2009 12:36 (UTC +04:00)
Trend News-un məlumatına görə, bununla bağlı cümə axşamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov şəhadətnamələri dini icmalara təqdim edib.
Azərbaycanda 90 dini icma yenidən qeydiyyatdan keçirilib

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda yenidən qeydiyyata alınan daha 28 dini icmaya şəhadətnamə verilib.

Trend -un məlumatına görə, bununla bağlı cümə axşamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov şəhadətnamələri dini icmalara təqdim edib.

Qeydiyyat şəhadətnaməsi verilən dini icmaların cəmi 3-ü qeyri-islamyönümlüdür. Bunlar Sumqayıt Yəhudiləri Dini İcması, Sumqayıt Malakan Xristian dini icması və "Yeni Həyat" Xristian Dini İcmasıdır.

Artıq 90 icma yenidən qeydiyyatdan keçib. Onlardan 7-si qeyri-islam təmayüllüdlür.

Trend -un arayışı: Azərbaycan Parlamentinin ötən sessiyasında "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib.

Əlavələrə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur. Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər. İlin sonuna kimi dini qurumlar yenidən dövlət qeydiyyatından keçməlidir.

Azərbaycanda 2008-ci ildə 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə də ölkədə fəaliyyət göstərən dini qurumların sayı 534-ə çatıb.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti