...

Azərbaycanda "dedovşina" faktı ilə ittiham olunana hökm oxunub

Cəmiyyət Materials 17 Dekabr 2009 17:25 (UTC +04:00)
Hərbi qulluqçulara işgəncə verməkdə ittiham olunan kiçik çavuşa hökm oxunub.
Azərbaycanda "dedovşina" faktı ilə ittiham olunana hökm oxunub

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda hərbi qulluqçulara işgəncə verməkdə ittiham olunan kiçik çavuşa hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin kiçik çavuşu Zamin Müzəffər oğlu Rəhimov 5 il azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə nizamnamə qaydalarını pozma) maddəsi ilə ittiham olunub.

Rəhimov hərbi xidmətdə olduğu müddətdə hərbçilər Cavid Süleymanovu və Şöhrət Gülverdiyevi təhqir edib, döyüb və xəsarət yetirib.

Təqsirləndirilən şəxs 2008-ci il aprelin 16-da Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti