...

Azərbaycanda ağır cinayətlərdə ittiham olunan sabiq polis rəisinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 28 Dekabr 2009 17:58 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Abşeron rayon Polis Şöbəsinin sabiq rəisi, 1995-ci ildən axtarışda olan Məmmədəli Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanda ağır cinayətlərdə ittiham olunan sabiq polis rəisinin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda ağır cinayətlərdə ittiham olunan sabiq polis rəisinin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə MəhkəməAbşeron rayon Polis Şöbəsinin sabiq rəisi, 1995-ci ildən axtarışda olan Məmmədəli Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı 2010-cu il yanvarın 8-nə təyin edilib.

Əliyev kommersiya fəaliyyəti ilə məşğul olan Cavanşir Piriyevi tamah məqsədilə 1993-cü il aprelin 13-də "QAZ-2410" markalı avtomobili ilə birlikdə oğurlayıb və qohumlarından külli miqdarda pul tələb edib. Lakin məqsədinə çata bilmədiyindən qanunsuz saxladığı avtomat silahla Piryevi qətlə yetirib.

Əliyev Piriyevi öldürdükdən sonra hadisə vaxtı Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Hacı Məmmədova məlumat verib və törətdiyi cinayətin izini itirmək və meyitin gizlədilməsi üçün ondan kömək istəyib.

Hacı Məmmədov bununla razılaşıb, bundan sonra Məmmədəli Əliyev Cavanşir Piriyevin meyitini xalça tipli materiala bükərək iplə bağlayıb və Məmmədovla birlikdə Siyəzən rayonu ərazisinə apararaq, Samur-Abşeron su kanalına atıb.

Hacı Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində ifadə verərkən Məmmədəli Əliyevin törətdiyi cinayət barədə də danışıb.

Bundan sonra Əliyev tutulub.

Xəbər lenti

Xəbər lenti