...

Azərbaycanın cənubunda QİÇS -ə yoluxmuş 25 xəstə aşkar edilib

Cəmiyyət Materials 12 Yanvar 2010 17:30 (UTC +04:00)
Azərbaycanın cənubunda yerləşən Lənkəranda ötən il QİÇS -ə yoluxmuş 25 xəstə aşkar edilib. Ümumi QİÇS daşıyıcılarının sayı isə rayonda 187 nəfərdir.

Azərbaycan, Lənkəran, 12 yanvar / Trend , müxbir P.Əliyeva/

Azərbaycanın cənubunda yerləşən Lənkəranda ötən il QİÇS -ə yoluxmuş 25 xəstə aşkar edilib. Ümumi QİÇS daşıyıcılarının sayı isə rayonda 187 nəfərdir.

Bu barədə Trend -a Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov deyib. Onun sözlərinə görə, daşıyıcıların 6 nəfəri son üç ayda aşkarlanaraq qeydiyyata götürülüb.

İl ərzində aşkar edilən 25 nəfərin 20-si kişi olmaqla narkomandır. Yoluxmaların 6-sı ər-arvad olmaqla ailəvi yoluxmadır. İndiyədək rayonda 29, 2009-cu ildə 8, son üç ayda isə 5 QİÇS-li xəstə dünyasını dəyişib. Dünyasını dəyişən 29 nəfərin 6-sı qadındır.

İbişov hazıda Cənub bölgəsində 350 QİÇS-li xəstə olduğunu bildirib. Onlardan 187-si Lənkəran, 78-i Astara, 66-sı Masallı, 22-si Cəlilabad, 4-ü Lerik, 3-ü Yardımlı rayonunda qeydiyyata götürülənlərdir.

2008-ci ildə bölgədə QİÇS xəstələrinin sayı 246 olub.

HİV-ə yoluxanların 65-70 faizi narkotik aludəçilərdir. Bunun da 20 faizi qadınlardır.

Xəbər lenti

Xəbər lenti