...

Penitensiar Xidmətinin Mühafizə Alayında keçirilən voleybol yarışına yekun vurulub (FOTO)

Cəmiyyət Materials 3 Mart 2010 14:08 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə günü Mühafizə Alayının 2 və 8-ci bölüklərinin komandaları arasında final oyunu keçirilib. Finalda 2-ci bölüyün komandası qalib gəlib. Qaliblərə PX və Bakı Baş Gənclər və İdman İdarəsi tərəfindən hazırlanan medal, diplom və hədiyyələr təqdim olunub. Voleybol yarışında Alayın əsgərlərindən ibarət 20 komanda iştirak edib.
Penitensiar Xidmətinin Mühafizə Alayında keçirilən voleybol yarışına yekun vurulub (FOTO)

Azərbaycan, Bakı, 3 mart / Trend , müxbir K.Zərbalıyeva/

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayında keçirilən voleybol yarışına yekun vurulub.

Trend -un məlumatına görə, çərşənbə günü Mühafizə Alayının 2 və 8-ci bölüklərinin komandaları arasında final oyunu keçirilib. Finalda 2-ci bölüyün komandası qalib gəlib. Qaliblərə PX və Bakı Baş Gənclər və İdman İdarəsi tərəfindən hazırlanan medal, diplom və hədiyyələr təqdim olunub. Voleybol yarışında Alayın əsgərlərindən ibarət 20 komanda iştirak edib.

Yarışdan öncə, Mühafizə Alayının xüsusi təyinatlı bölüyünün hazırlığı nümayiş etdirilib.

Alayın tağım komandiri, leytenant Vüsal Cavadovun ifasında xüsusi nömrələr nümayiş olunub.

PX-nin Tərbiyə işinin Təşkili İdarəsinin rəisi, polkovnik Azər Seyidov bildirib ki, 5 mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə keçirilən tədbir Alayın əsgər və zabitlərinin xidməti hazırlığının yüksəldilməsi, asudə vaxtının təşkili, idmana və bədən tərbiyəsinə marağın artırılması və vətənpərvərlik ruhunun qaldırılmasına xidmət edir.

İdarə rəisinin sözlərinə görə, şəxsi heyətin hazırlığı, asudə vaxtının təşkili PX üçün prioritet məsələdir.

Seyidov deyib ki, mühafizə Alayında onlarla dünya, Avropa və beynəlxalq yarışların qalibləri xidmət edir.

Gənclər və İdman Nazirliyinin Bakı Baş Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, digər hüquq-mühafizə orqanlarının şəxsi heyəti arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

İdarə rəisi bildirib ki, Silahlı Qüvvələrin hərbi hissələri arasında da belə yarışların keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti