...

BƏƏ-də erməni terrorçularının törətdikləri soyqırım hadisələrindən bəhs edən sənədli film nümayiş olunub

Cəmiyyət Materials 30 Mart 2010 17:02 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərində son yüz ildə erməni terrorçularının Azərbaycan, türk və digər xalqlara qarsı törətdikləri soyqırım hadisələrini özündə əks etdirən sənədli film nümayiş olunub. Bu barədə Trend News-a Diasporla iş üzrə Dövlət Komitəsindən bildiriblər.
BƏƏ-də erməni terrorçularının törətdikləri soyqırım hadisələrindən bəhs edən sənədli film nümayiş olunub

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir M.Əliyev/

Birləşmiş Ərəb Əmirliklərində son yüz ildə erməni terrorçularının Azərbaycan, türk və digər xalqlara qarsı törətdikləri soyqırım hadisələrini özündə əks etdirən sənədli film nümayiş olunub. Bu barədə Trend -a Diasporla iş üzrə Dövlət Komitəsindən bildiriblər.

Dubay Əmirliyində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov tədbirdə çıxış edərək ermənilərin ötən 200 ildə 1 milyondan artıq azərbaycanlını vəhşicəsinə qətlə yetirməsi barədə faktları bildirib.

Tədbirdə erməni terrorunu əks etdirən fotosərgi nümayiş olunub, Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi müxtəlif dillərdə kitablar, videodisklər və bröşürlər paylanıb.

Cəmiyyət adından Dubay Şeyxinin Aparatına, Birləşmiş Ərəb Əmirlikləri Parlamentinin sədrinə və İnsan Hüquqları Təşkilatına 31 Mart soyqırımı ilə bağlı müraciət göndərilib.

Xəbər lenti

Xəbər lenti