...

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar diaspor təşkilatları silsilə tədbirlər keçirəcək

Cəmiyyət Materials 30 Mart 2010 18:13 (UTC +04:00)
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar diaspor təşkilatları silsilə tədbirlər keçirəcək. Bu barədə Trend News-a Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar diaspor təşkilatları silsilə tədbirlər keçirəcək

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir M.Əliyev/

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar diaspor təşkilatları silsilə tədbirlər keçirəcək. Bu barədə Trend -a Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Martın 30-da Niderlandın Den Haaq şəhərində Azərbaycanın bu ölkədəki səfiri Fuad İskəndərovun iştirakı ilə soyqırımdan bəhs edən sənədli film nümayiş etdiriləcək. Mərkəzi kilsədə təşkil olunan tədbirdə Niderlandın məşhur antifaşist hərbi xoru soyqırım qurbanlarının xatirəsinə mahnılar ifa edəcək.

Martın 31-də soyqırımı günü ilə əlaqədar Almaniyadakı Azərbaycan Evi, Azərbaycanlıların Koordinasiya Mərkəzi, Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti və Azərbaycan Kültür Ocağı Berlində Ermənistan səfirliyinin binası qarşısında etiraz mitinqi keçirəcəklər.

Azərbaycanlıların soyqırımı ilə bağlı Estoniya, Latviya, Moldova, Çexiya, Rumıniyada da tədbirlər keçiriləcək.

Həmçinin, Ümumrusiya Azərbaycan Konqresinin bütün regional təşkilatları, Ukrayna və Belarusdakı diaspor təşkilatları da soyqırımın xatırlanmasına dair tədbirlər planı hazırlayıblar.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası bu hadisənin 92-ci ildönümü ilə əlaqədar mətbuat üçün açıqlama verəcək.

Kanadadakı diaspor təşkilatları 31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə bağlı aprelin 24-də - ermənilərin qondarma "erməni soyqırımı"nı qeyd etdikləri gün Ottavada Ermənistanın Kanadadakı səfirliyinin və Kanada Parlamentinin önündə etiraz aksiyası keçirəcək.

Xəbər lenti

Xəbər lenti