...

Azərbaycanda qəsdən adam öldürməkdə təqsirləndirilən polis zabitinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 3 May 2010 10:36 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin sabiq əməliyyat müvəkkili, polis mayoru Tural Kamil oğlu Qafarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Azərbaycan, Bakı, 03 may /Trend, müxbir H.Bağırov/

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin sabiq əməliyyat müvəkkili, polis mayoru Tural Kamil oğlu Qafarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı mayın 12-nə təyin edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə (120.2.4) maddələri ilə ittiham edilir.

Qafarov 2009-cu il dekabrın 1-də Nəsimi rayonu Dilarə Əliyeva küçəsi - 251 ünvanında Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Zaur Səfail oğlu Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Müəyyən edilib ki, Qafarov Əliyevin bacısı Əliyeva Nərgiz Səfail qızının həyat yoldaşı olub. Onlar bir müddət əvvəl Yasamal Rayon Məhkəməsinin qərarı ilə boşanıblar. Hadisənin baş verməsinə səbəb isə Qafarovla Əliyevin bacısı arasında mülk bölgüsünün düzgün aparılmaması olub.

Xəbər lenti

Xəbər lenti