...

İsraildə jurnalistlər və politoloqlar üçün "Regional münaqişələr və KİV" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 3 May 2010 16:59 (UTC +04:00)
"İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyası (Azİz) İsrail Xarici İşlər Nazirliyi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mayın 5-də İsraildə jurnalistlər və politoloqlar üçün "Regional münaqişələr və KİV" mövzusunda beynəlxalq konfrans keçirəcək.
İsraildə jurnalistlər və politoloqlar üçün "Regional münaqişələr və KİV" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

"İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyası (Azİz) İsrail Xarici İşlər Nazirliyi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mayın 5-də İsraildə jurnalistlər və politoloqlar üçün "Regional münaqişələr və KİV" mövzusunda beynəlxalq konfrans keçirəcək. Bu barədə Trend-ə assosiasiyadan məlumat verilib.

Təl-Əviv-in "Leonardo Siti Tauer" otelində keçiriləcək konfransda Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Gürcüstan Parlamentinin vitse-spikeri, professor Paata Davitaya, Azərbaycan Milli Məclisinin deputatı Yevda Abramov, Knessetin deputatı, turizm naziri Stas Misejnikov, İsrail-Azərbaycan parlamentlərarası qrupun sədri, parlamentin Xarici əlaqələr üzrə yardımçı komissiyasının rəhbəri Robert İlatov, İsrailin Baş nazirinin dəftərxanası yanında əlaqələr üzrə Büronun rəhbəri Naomi Ben-Ami iştirak edəcək.

Konfrans çərçivəsində mayın 6-da Nazim İbrahimovun, Knessetin deputatı, "İsrail bizim evimizdir" partiyasının baş katibi Faina Kirşenbaumun və Hedera şəhərinin meri Haym Avitanın iştirakı ilə Hedera şəhər parkında xatirə daşının təntənəli təməlqoyma mərasimi keçiriləcək. Kompleks Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyacaq. Mərasimdə iştirak etmək üçün İsrailin hər yerindən əslən Azərbaycandan olan icma nümayəndələri Hederaya gələcək.

Bundan əlavə, Azərbaycan estradasının populyar artistlərindən ibarət qrup mayın 5-də Kiryat-Moskin şəhərində Azərbaycandan olan İsrail icmasının nümayəndələrinə konsert verəcək.

Xəbər lenti

Xəbər lenti