Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/
Korbey-Essonda (Fransa) Veronik Kristoffi mükafatı uğrunda bədii gimnastika üzrə dünya kuboku başa çatıb.
Trend-in verdiyi məlumata görə, yarışların sonuncu günündə dörd ayrı-ayrı final üzrə medallar oynanılıb. Azərbaycanlı gimnast Anna Qurbanova onlardan üçü üzrə çıxış etmək hüququnu əldə edib. O, topla oyunda daha uğurla çıxış nümayiş etdirib, 3-cü yeri tutaraq bürünc medal qazanıb.
Anna hakimlərdən 27,250 bal alıb. İlk iki yeri bolqar Silviya Miteva (27,900) və belarus Anna Ryabseva (27,450) tutub. Qurbanova lentlə dördüncü (26,950), halqa ilə 7-ci (26,450) nəticəni əldə edib.