...

İran universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır - "Əl-Zəhra" Universitetinin rektoru

Cəmiyyət Materials 15 May 2010 09:00 (UTC +04:00)
İran universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə əlaqələrini inkişaf etdirməkdə maraqlıdırlar.
İran universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır - "Əl-Zəhra" Universitetinin rektoru

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir T.Cəfərov/

İran universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə əlaqələrini inkişaf etdirməkdə maraqlıdırlar. Azərbaycanlı tələbələrin İran universitetlərində təhsil almaları üçün şərait yaranarsa, biz onlara təqaüd ayırmağa hazırıq. Bunu cümə günü Trend-ə İranın ancaq qızların təhsil aldığı "Əl-Zəhra" Universitetinin rektoru xanım Məhbubə Mübaşiri bildirb.

O əlavə edib ki, ötən gün İran universitetlərinin Azərbaycanda İslam Universitetləri Federasiyasının konfransında iştirak edən rektorları İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami ilə görüşlərində bu məsələni müzakirə edib.

"Əl-Zəhra" Universiteti bu yaxınlarda İranda İslam geyimləri moda sərgisi nümayiş etdirib. Biz səfirə bu sərginin Azərbaycanda da keçirilməsinə hazır olduğumuzu bəyan etdik. Səfir bu təklifi bəyəndi və onun təşkili üçün əlindən gələni əsigəməyəcəyini dedi", - Mübaşiri bildirib..

"Bundan başqa, biz szərbaycanlı qız tələbələri öz universitetimizə qəbul etməyə hazırıq, onlar üçün qısa müddətli kurslar təşkil edə bilərik. Azərbaycan universitetləri ilə müəllim və tələbə mübadiləsi həyata keçirə bilərik", - o deyib.

Mübaşiri bildirib ki, "Əl-Zəhra" universitetində Azərbaycan dilinin tədrisi üçün kurslar təşkil etməyə hazırıq.

"Azərbaycan dili İranda da danışılan bir dildir və bu iki ləhcə arasında olan azacıq fərqi də aradan qaldırmaq məqsədilə Azərbaycan universitetlərindən müəllimlər dəvət etməklə bizim universitetdə 3 və ya 6 aylıq kurslar təşkil edə bilərik. Fikrimcə, bunun təşkil olunması qarşılıqlı münasibətlərin inkişfına böyük kömək olar", - Mübaşiri deyib

Xəbər lenti

Xəbər lenti