...

Azərbaycan məktəblərində pretest imtahanları keçirilib

Cəmiyyət Materials 27 May 2010 14:04 (UTC +04:00)
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) testlər bankına daxil olan tapşırıqların keyfiyyət xarakteristikasını təkmilləşdirilmək məqsədilə Azərbaycan məktəblərində pretest imtahanları keçirib. Bu barədə TQDK-nin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər.
Azərbaycan məktəblərində pretest imtahanları keçirilib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir T.Hacıyev/

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) testlər bankına daxil olan tapşırıqların keyfiyyət xarakteristikasını təkmilləşdirilmək məqsədilə Azərbaycan məktəblərində pretest imtahanları keçirib. Bu barədə TQDK-nin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər.

İmtahanlar 2010-cu ilin aprel və may aylarında ölkənin bir sıra bölgələrində Azərbaycan dili və riyaziyyat fənləri üzrə təşkil olunub.

Pretest imtahanları gələcəkdə qəbul imtahanının məzmunu ilə bağlı materialların layihələndirilməsində və imtahan nəticələrinin təhlilində vacib rol oynayır.

Pretest imtahanları Azərbaycanın 24 şəhərində və Naxçıvan Muxtar Respublikasının orta məktəblərində buraxılış siniflərinin şagirdləri arasında aparılıb. Riyaziyyat üzrə keçirilən imtahanlarda 15 302, Azərbaycan dili fənni üzrə keçirilən imtahanlarda 16 940 şagird, ümumilikdə, 32 242 nəfər iştirak edib.

İmtahanda, hər birində 30 test tapşırığı olmaqla, 16 variantdan ibarət sual kitabçasından istifadə edilib. İmtahanın keçirilmə müddəti Azərbaycan dili fənni üzrə 45 dəqiqə, riyaziyyat fənni üzrə isə 60 dəqiqə olub.

Xəbər lenti

Xəbər lenti