...

Azərbaycan idmançıları dünya və Avropa çempionatlarının bir sıra yarışlarında iştirak edəcəklər

Cəmiyyət Materials 23 İyun 2010 18:01 (UTC +04:00)
Bu həftə Azərbaycan idmançıları dünya və Avropa çempionatlarının bir sıra yarışlarında iştirak edəcəklər.
Azərbaycan idmançıları dünya və Avropa çempionatlarının bir sıra yarışlarında iştirak edəcəklər

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir M.Əliyev/

Bu həftə Azərbaycan idmançıları dünya və Avropa çempionatlarının bir sıra yarışlarında iştirak edəcəklər.

Portuqaliyanın Setubal şəhərində açıq hovuzda üzgüçülük üzrə dünya kubokunun mərhələli yarışlarında Azərbaycanı Sergey Fesunenko və İnqa Koçur təmsil edəcək.

İyunun 24-26-da keçiriləcək çemrionatda Azərbaycan idmançıları 10 kilometr məsafəyə üzmək üzrə yarışda iştirak edəcəklər.

Bundan əlavə, iyunun 26-da Serbiyanın paytaxtı Belqradda start götürəcək atıcılıq üzrə Avropa çemplionatında Azərbaycan idmançıları Ruslan Lunev, Nigar Bağırova və Mehriban Məcidova iştirak edəcəklər. Bu yarışda Azərbaycan yığmasına məşqçi Olqa Stepanova rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti