...

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ermənistan nümayəndələrinin yalan açıqlama verdikləri barədə məlumat yayıb

Cəmiyyət Materials 6 İyul 2010 19:07 (UTC +04:00)
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ermənistan nümayəndələrinin yalan açıqlama verdikləri barədə məlumat yayıb.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ermənistan nümayəndələrinin yalan açıqlama verdikləri barədə məlumat yayıb

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ermənistan nümayəndələrinin yalan açıqlama verdikləri barədə məlumat yayıb.

"Ermənistan təmsilçiləri Azərbaycana və Azərbaycanın dövlət adamlarına qarşı yalan və iftiralar yaymaqda davam edirlər. Ermənistanın İrs Partiyasının parlament fraksiyasının katibi Stepan Safaryan "Regnum" saytına açıqlamasında iyunun 29-30-da Qazaxıstanın paytaxtı Astanada ATƏT-in keçirdiyi "Tolerantlıq və ayrıseçkiliyə yol verməməli" mövzusundakı yüksəksəviyyəli konfransda iştirak etmiş Azərbaycan nümayəndə heyətinin konfransa layiqincə hazırlaşmaması və erməni tərəfinin çıxışına layiqincə cavab vermək iqtidarında olmaması ilə bağlı əsassız fikirlər irəli sürüb", - məlumatı çərşənbə axşamı komitənin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, halbuki həmin konfransın ikinci günündə iki çıxış - Azərbaycan nümayəndə heyətinin başçısı Hidayət Orucovun məruzəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin bağlanışda söylədiyi nitq alqışlarla qarşılanıb.

"Regnum" Safaryanın sözlərinə əsaslanaraq belə bir məlumat yayıb ki, onun "Türkiyədə xristianların vəziyyəti və qədim "Cuqada" (Culfa rayonu nəzərdə tutulur - red.) məhv edilməkdə olan xristian irsi" barədəki çıxışına Azərbaycan nümayəndəsi guya tez-tələsik bir neçə sözlə cavab verməklə kifayətlənib. Ermənistan nümayəndəsi əlavə edib ki, Hidayət Orucovun çıxışı o dərəcədə "isterik və qarma-qarışıq alındı ki, o, Naxçıvanı erməni torpağı kimi təqdim etdi". Halbuki Azərbaycan nümayəndə heyətinin başçısı "ATƏT məkanında dini ölçü daxil olmaqla dözümlülük və qarşılıqlı anlaşmaya, millətlərarası və mədəniyyətlərarası dialoqa dəstək strategiyaları" adlanan sessiyada aparıcı məruzəçi qismində çıxış edib, mülahizələrini tamamilə nəzəri-praktiki məsələlər və strateji tövsiyələr üzərində qurub. Məruzədə ümumiyyətlə, Naxçıvan məsələsinə toxunulmayıb və bu qədim Azərbaycan ərazisinin adı çəkilməyib", - Komitənin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti