...

Azərbaycanda dördüncü ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanları iyulun 21-29-da keçiriləcək

Cəmiyyət Materials 16 İyul 2010 12:27 (UTC +04:00)
Azərbaycanda 2010-2011-ci tədris ili üçün IV ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanları iyulun 21-dən 29-dək keçiriləcək, - cümə günü Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
Azərbaycanda dördüncü ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanları iyulun 21-29-da keçiriləcək

Аzərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Z.Əhmədova/

Azərbaycanda 2010-2011-ci tədris ili üçün IV ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanları iyulun 21-dən 29-dək keçiriləcək, - cümə günü Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

IV ixtisas qrupu üzrə test imtahanları iyulun 18-də, ixtisas seçimi isə iyulun 25-dən avqustun 2-dək təşkil olunacaq.

Bu ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 15 348 abituriyent ərizə verib ki, onlardan 14 173-ü Azərbaycan bölməsinin, 1 175-i isə rus bölməsinin şagirdləridir. Abituriyentlərin 7 118-i oğlan, 8 230-u qızdır. Bundan əlavə, 86-sı digər dövlətlərin vətəndaşlarıdır, 59 nəfər isə ikinci təhsil almaq istəyən abituriyentlərdir.

Yaşca ən böyük abituriyent 1950-ci il, ən kiçik isə 1995-ci il təvəllüdlüdür.

14 199 abituriyent imtahanları Bakıda, 1 149 nəfər isə Naxçıvanda verəcək.

Xəbər lenti

Xəbər lenti