...

Azərbaycan "Qarabağ"ı ilə Almaniya "Borussiya"sının cavab qarşılaşmasının hakimləri müəyyənləşib

Cəmiyyət Materials 18 Avqust 2010 10:47 (UTC +04:00)
Azərbaycan «Qarabağ»ı ilə Almaniya «Borussiya»sının cavab qarşılaşmasının hakimləri müəyyənləşib
Azərbaycan "Qarabağ"ı ilə Almaniya "Borussiya"sının cavab qarşılaşmasının hakimləri müəyyənləşib

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan "Qarabağ"ı ilə Almaniya "Borussiya"sının cavab qarşılaşmasının hakimləri müəyyənləşib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda qeyd olunur ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində, avqustun 26-da, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Borussiya" (Dortmund) oyununu belçikalı hakimlər briqadası - baş hakim Serj Qyumenni, baş hakimin köməkçiləri Mark Simons, Danni Huens, dördüncü hakim Joeri Van De Velde idarə edəcək.

Oyunun inspektoru israilli Suheyl Daud, UEFA nümayəndəsi isə belaruslu Mikalay Vorabyov olacaq.

Xəbər lenti

Xəbər lenti