...

Azərbaycan Səhiyyə Nazirliyi travmatologiya-ortopediya, narkologiya və genetika ixtisasları üzrə imtahanların nəticələrini açıqlayıb

Cəmiyyət Materials 22 Aprel 2011 11:05 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən aprelin 20-də travmatologiya-ortopediya, narkologiya və genetika ixtisasları üzrə keçirilmiş imtahanların nəticələri açıqlanıb.
Azərbaycan Səhiyyə Nazirliyi travmatologiya-ortopediya, narkologiya və genetika ixtisasları üzrə imtahanların nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən aprelin 20-də travmatologiya-ortopediya, narkologiya və genetika ixtisasları üzrə keçirilmiş imtahanların nəticələri açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, imtahanlarda ümumilikdə 39 həkim iştirak edib.

İştirakçılardan biri 100 bal toplayaraq ən yüksək nəticə göstərib. Ümumilikdə, imtahanlarda iştirak edən həkimlərdən 34 nəfər (87 faiz) uğurlu nəticə əldə edib.

Növbəti test imtahanları mayın 4-də gigiyena və ümumi cərrahiyyə ixtisasları üzrə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti