...

Azərbaycanda ali məktəblərin bədən tərbiyəsi ixtisasları üzrə keçid balı aşağı salınıb

Cəmiyyət Materials 22 İyul 2011 13:14 (UTC +04:00)
Ali məktəblərə IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 0-100 bal nəticə göstərənlər yalnız bədən tərbiyəsi ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər.
Azərbaycanda ali məktəblərin bədən tərbiyəsi ixtisasları üzrə keçid balı aşağı salınıb

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İsabalayeva/

Ali məktəblərə IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 0-100 bal nəticə göstərənlər yalnız bədən tərbiyəsi ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu ixtisaslara daxil olmaq istəyənlər əvvəlcə qabiliyyət imtahanı verməlidirlər.

"Biz istərdik ki, bizim idmançılar da yüksək bal toplasınlar. Çünki ali təhsil almaq, yaxşı məşqçi olmaq üçün də savad, bilik lazımdır. Təəssüflər olsun ki, biz bu il də həmin ixtisaslara aşağı bal toplayan abituriyentləri qəbul etməyə məcburuq. Çünki qabiliyyət imtahanı verənlərin balları aşağıdır. Müsabiqə vəziyyəti yaranmadığı üçün IV qrupda bədən tərbiyəsi ixtisasları üzrə balı 75, 100-ə endirdik", - Abbaszadə söyləyib.

O qeyd edib ki, IV qrup üzrə 250 bal toplamış abituriyentlər müsabiqəyə buraxılıblar. Bu qrup üzrə imtahan vermiş əvvəlki illərin məzunlarının göstəriciləri elə də yüksək deyil.

Xəbər lenti

Xəbər lenti