...

Bakıda güclü şimal küləyi əsəcək

Cəmiyyət Materials 19 Avqust 2011 11:59 (UTC +04:00)
Bakı və Abşeron yarımadasında yaxın iki gün ərzində mülayim şimal-qərb küləyinin arabir güclənməsi müşahidə olunacaq
Bakıda güclü şimal küləyi əsəcək

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Bakı və Abşeron yarımadasında yaxın iki gün ərzində mülayim şimal-qərb küləyinin arabir güclənməsi müşahidə olunacaq. Bu barədə cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında avqustun 20-da hava şəraitinin dəyişkən buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəccə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 20-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimal olunur. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti