...

Azərbaycanda sınaq imtahanlarına yazılmaq istəyən abituriyentlər üçün yenilik edilib

Cəmiyyət Materials 1 Sentyabr 2011 14:33 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin sınaq imtahanlarına yazılmaq imkanlarını genişləndirib.
Azərbaycanda sınaq imtahanlarına yazılmaq istəyən abituriyentlər üçün yenilik edilib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin sınaq imtahanlarına yazılmaq imkanlarını genişləndirib.

Komissiyadan cümə axşamı Trend-ə verilən məlumata görə, artıq abituriyentlər sınaq imtahanına yazılmaq üçün istifadə edilən TQDK-nın virtual ödəmə kartlarını SMS-lə əldə edə biləcəklər.

Onlar bunun üçün Azercell nömrələrindən 3 rəqəmini və ya sözünü SMS-lə 7735 nömrəsinə göndərməlidirlər. Cavab olaraq abunəçiyə ödəmə kartının nömrəsi və PİN kodu göndəriləcək.

Xəbər lenti

Xəbər lenti